Darsonvalizasiya elektroterapiya metodudur. Nevrozların, toxumaların qidalanmasının yerli pozğunluqları, məsələn, dondurulmalar, trofik xoralar və başqa halların müalicəsi üçün tətbiq edilir. Darsonvalizasiya dərinin reseptorlarının həssaslığını azaldır; qaşınmaya qarşı və ağrıkəsici təsir göstərir; vena damarlarının tonusunu yüksəldir, vena durğunluğunu azaldır; yaraların və trofik xoraların sağalması sürətləndirir.