Kosmetoloji xidmətlər

Sərbəst radikalların hər fəsildə, hər yaşda olan insanın üz dərisinə mənfi təsiri heç kim üçün sirr deyil. Nəticə olaraq üz dərisinin vaxtından öncə elastikliyini itirməsi, sallanması, piqmentasiya, qırışlar, baxımsız üz dərisi hər kəsi kompleksə salacaq qədər ciddi problemlərdir. Onlarla ev şəraitində mübarizə aparmaq kifayət etmir. Bunların qarşısını almaq üçün dərialtı piy toxumasına kosmetoloji prosedurlar tətbiq etmək mütləqdir. Üzün təmizlənməsi, maskalar, karbon piling kimi prosedurlar üz dərisinin xaricinə təsir etdiyi halda, RF lifting, HİFU, ultrasəs kavitasiya dərialtı toxumaları, təbii dolğular və botoks isə xarici görünüşünüzü bərpa edəcək. Həkim kosmetoloqlarımız sizin yaşınıza, dəri tipinizə və probleminizə uyğun prosedurları seçməklə sizi bu komplekslərdən azad edəcəklər.

Prosedurlara yazılmaq istəyirsiniz?