Oturaq iş həyatı nəticəsində müasir zamanımızın ən böyük problemlərindən olan artıq çəki ilə demək olar hər qadın rastlaşır. Və çox vaxt gündəlik qayğılar səbəbindən artıq çəki ilə mübarizəyə zaman ayıra bilməmək bu problemi daha da ağırlaşdırır. Sellülit, şişkinlik, dəridə çatlar da artıq çəkinin nəticələridir. Məhz bu problemlərin həll olunması və profilaktikası üçün Mərkəzimizin arıqlama bölməsi fəaliyyət göstərir. Professional həkim heyətimiz sizin çəkinizə və üzləşdiyiniz problemə uyğun xüsusi proqram hazırlayır. Proqrama günümüzün ən son texnologiyalı aparatlarının icra etdiyi: ultrasəs kavitasiya, vibro, limfodrenaj, Rf lifting, lipoHİFU, miostimulyasiya, vakuum, kriolipoliz kimi prosedurlar, həmçinin termal yorğan vasitəsilə arıqlama daxildir.