Estetik xidmətlər

Estetik xidmətlər

Müasir zamanın ən aktual problemləri sayılan artıq çəki, bədəndə olan arzuolunmaz tüklərin yaşatdığı diskomfort, havada olan sərbəst radikallar və yaşla bağlı çatışmazlıqlarla  bağlı olan kosmetik və estetik problemlərin aradan qaldırılmasına xidmət edir.

Arıqlama prosedurları

Oturaq iş həyatı nəticəsində müasir zamanımızın ən böyük problemlərindən olan artıq çəki ilə demək olar hər qadın rastlaşır. Və çox vaxt gündəlik qayğılar səbəbindən artıq çəki ilə mübarizəyə zaman ayıra bilməmək bu problemi daha da ağırlaşdırır. Sellülit, şişkinlik, dəridə çatlar da artıq çəkinin nəticələridir. Məhz bu problemlərin həll olunması və profilaktikası üçün Mərkəzimizin arıqlama bölməsi fəaliyyət göstərir. Professional həkim heyətimiz sizin çəkinizə və üzləşdiyiniz problemə uyğun xüsusi proqram hazırlayır. Proqrama günümüzün ən son texnologiyalı aparatlarının icra etdiyi: ultrasəs kavitasiya, vibro, limfodrenaj, Rf lifting, lipoHİFU, miostimulyasiya, vakuum, kriolipoliz kimi prosedurlar, həmçinin termal yorğan vasitəsilə arıqlama daxildir.

Kosmetologiya

Sərbəst radikalların hər fəsildə, hər yaşda olan insanın üz dərisinə mənfi təsiri heç kim üçün sirr deyil. Nəticə olaraq üz dərisinin vaxtından öncə elastikliyini itirməsi, sallanması, piqmentasiya, qırışlar, baxımsız üz dərisi hər kəsi kompleksə salacaq qədər ciddi problemlərdir. Onlarla ev şəraitində mübarizə aparmaq kifayət etmir. Bunların qarşısını almaq üçün dərialtı piy toxumasına kosmetoloji prosedurlar tətbiq etmək mütləqdir. Üzün təmizlənməsi, maskalar, karbon piling kimi prosedurlar üz dərisinin xaricinə təsir etdiyi halda, RF lifting, HİFU, ultrasəs kavitasiya dərialtı toxumaları, təbii dolğular və botoks isə xarici görünüşünüzü bərpa edəcək. Həkim kosmetoloqlarımız sizin yaşınıza, dəri tipinizə və probleminizə uyğun prosedurları seçməklə sizi bu komplekslərdən azad edəcəklər.

Mikrobladinq

Qaşlar qadınların xarici görünüşünü təcəssüm etdirən vacib bir məqamdır. Onların formasının, qalınlığının və rənginin dəyişdirilməsi bütün görkəmin tamamlanmasına təsir edir. Müasir zamanda rənglənmiş yox, maksimum təbii görünüşlü qaşlar dəbdədır. Və məhz seyrək və nazik qaş sahibləri üçün mərkəzimizin mütəxəssisləri hər növ microblading prosedurlarını təklif edir. Bu prosedur sayəsində qaşlar gözəl və baxımlı görkəm alır, onların gündəlik kosmetik vasitələrlə korreksiyasına ehtiyac qalmır.

Epilyasiya

Hər fəsli təmiz və baxımlı qarşılamaq istəyən xanımlarımız bəzən dəri tipinə və ya tük rənginə görə hansı növ aparatdan istifadə etmək üçün seçim qarşısında qalırlar. Solyariy sevənlər isə xüsusi çətinlik çəkirlər. Hamiya müjdə: Mərkəzimiz hər tük növünə sahib, həm açıq həm tünd dərili xanımlar üçün aktual olan, günəş vannası qəbulundan öncə və sonra tətbiqi mümkün olan bütün növ lazer aparatları ilə fəaliyyət göstərir: Alexandrit, Diod, Elos. Epilyasiya ilə bərabər ağartma proseduru da icra olunduğuna görə sizə yalnız ağrısız, komfortlu prosedurdan zövq almaq qalır.

Prosedurlara yazılmaq istəyirsiniz?